Azedu.az

Möhsün Nağısoylu AMEA prezidentinin müşaviri təyin edilib

Elmi institut və təşkilatlar

9 Oktyabr 2021, 10:05
Möhsün Nağısoylu AMEA prezidentinin müşaviri təyin edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoyluya yeni vəzifə verilib.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

 

Əmrə əsasən, M.Nağısoylu AMEA prezidentinin humanitar sahə üzrə müşaviri vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, 75 yaşlı M.Nağısoylu oktyabrın 1-də Dilçilik İnstitutunun direktoru vəzifəsindən azad olunub.

Rus ordusunda PANİKA BAŞLADI - Əsgərlərdən kütləvi etiraz
Son xəbərlərDaha çox