Azedu.az

Özbəkistanda turizm sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu aparılır  

13 Sentyabr 2021, 17:00
Özbəkistanda turizm sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu aparılır  

Özbəkistan Respublikasının “İpək Yolu” Beynəlxalq Turizm Universiteti Şanxay Əməkdaşlıq Təşkilatına (SCO) üzv və tərəfdaş ölkələrdən olan əcnəbi vətəndaşlara 2021-2022-ci tədris ili üzrə təqaüdlü təhsil proqramı elan edir.

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. 

 

AzEdu.az xəbər verir ki, magistratura səviyyəsi üzrə elan olunan təqaüd proqramı müxtəlif ixtisasları əhatə edir. Təqaüd proqramına sentyabrın 30-dək müraciət etmək olar.

 

Ətraflı məlumatla nazirliyin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox