Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-07 12:28:00
Gəncə terrorunda valideynlərini itirən Sevil tələbə oldu – “Ayaqda qalmalı idim”

Bu il  ali  təhsil  müəssisələrinə qəbul  olunanlar  arasında  şəhid  övladları, müharibədə valideynlərini itirənlər də var.

 

Onlardan  biri  də  2020-ci 11 oktyabrda  erməni vandalları  tərəfindən Gəncəyə edilən raket hücumu  nəticəsində  hər  iki  valideynini itirən Sevinc Əliyevadır.

 

Əliyeva  Sevil  Anar  qızı  18  dekabr  2003-cü  ildə  anadan  olub. Gəncə  şəhər  20 nömrəli tam orta məktəbi  bitirən Sevil, ən sevdiyi  fənnin Riyaziyyat oldunu bildirib.

 

Sevincini  AzEdu.az  ilə  bölüşən  Sevil,  “imtahanlara necə hazırlaşdınız?”   sualımıza cavab olaraq, həyatın  bütün  çətinliklərinə  rəğmən, ayaqda dimdik qalmağın   lazım  olduğunu  bildirib:

 

“Çünki  həyatın  bütün  çətinliklərinə  rəğmən  dimdik ayaqda  qalmaq  lazımdır. Mən  tək  deyiləm, qardaşım  var. Ən  azından  onun  üçün  ayaqda  qalmalı  idim  və  bunu  bacardım.  Ən  əsası  isə  valideynlərimin  əziyyətini  yerə  sala  bilməzdim. Ali  məktəbə  qəbul  olub  onların  arzularını  həyata  keçirəcəyimə  görə  valideynlərimə  söz  vermişdim”.

 

Sevil  bank  işlərini  sevdiyi  üçün  təhsilini  Azərbaycan  Dövlət  Aqrar  Universitetində, İqtisadiyyat  fakültəsi  üzrə  davam  etdirəcəyini  bildirib.

 

Son  olaraq  o, valideyn  itkisinin  çox  ağır  olduğundan  danışıb:

 

“Valideyn  itkisi bu  həyatda  yaşana  biləcək  deyərdim  ki, ən  ağır  duyğudur,həqiqətən  sözlərin  bitdiyi  yerdir. Allah  heç  kimə  vaxtsız  bu  itkini  yaşatmasın”.