Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 14:00:00
ADNSU-da İT kurslarına müraciət edən şəxslərin müsahibə mərhələsi başlayıb

“Peşə öyrən, işsiz qalma!” devizi ilə həyata keçirilən “Peşəkar” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzi ilə birgə təşkil olunan İT kurslarının seçim mərhələsi başlayıb. Bu mərhələdə namizədlərlə ilkin tanışlıq olub, layihədən istək və gözləntiləri barədə söhbət aparılıb.

 

AzEdu.az xəbər verir ki,Seçimlərdə 31 nəfər şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi iştirak edib. Layihəyə müraciət edən şəxslər daha sonra peşə bacarıqlarının müəyyən olunması məqsədilə baza təlimlərinə cəlb olunacaqlar. Daha sonra isə 6 aylıq kurs müddətində benefisiarlara İT sahəsi üzrə müvafiq biliklər tədris olunacaq.

 

Kursu müvəffəqiyyətlə bitirən şəxslərə İsrail-Azərbaycan Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək və layihə çərçivəsində tərəfdaşlar tərəfindən sertifikat alanların işlə təmin olunmalarına dəstək göstəriləcək.

 

Kurslar Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında ADNSU nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzində təşkil ediləcək.

 

Layihəyə qoşulmaq istəyən şəxslər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər