https://www.zirve.edu.az/ #
2021-07-30 15:51:00
Türkiyədə təhsil almaq istəyənlərin nəzərinə - Mövlanə Mübadilə PROQRAMI

 

Müasir dövrümüzdə gənclərimizin əksəriyyəti təhsilini davam etdirmək üçün xarici ölkələrə üstünlük verir.

 

Xaricdə təhsilini davam etdirmək, həm  də gənclərin özlərini inkişaf etdirmələri üçün bir imkandır.

 

Bunun üçün sizə təqdim olunan imkanlardan biri də mübadilə proqramlarıdır. Mövlanə Mübadilə proqramı da onlardan biridir.

 

Bəs bu proqram haqqında nələri bilməlisiniz?

 

AzEdu.az  Türkiyədə  təhsil  almaq   istəyənlər  üçün  faydaları  olacaq  bu  proqram  haqqında  ətraflı  məlumatı  təqdim  edir.

 

Mövlanə Mübadilə Proqramı, Türkiyə Cümhuriyyətinin  ölkə daxilində təhsil verən ali təhsil qurumları ilə xarici ölkədə təhsil verən ali təhsil qurumları arasında tələbə və müəllim heyətinin mübadiləsini təmin edir.

 

Proqrama nəinki Türkiyədəki ali təhsil qurumlarının tələbələri, eyni zamanda digər ölkələrin ali təhsil qurumlarının da tələbə və müəllim heyəti  qatıla bilərlər. Bunun üçün Mövlanə Mübadilə Proqramı Protokolunu imzalamaq gərəklidir.

 

Proqrama müraciət etmək  üçün  tələb  olunan  şərtlər aşağıdakılardır:

 

  • Tələbə rəsmi təhsilli ali təhsil proqramlarında qeydiyyatdan keçmiş bakalavr, magistratura və doktorantura tələbəsi olmalıdır
  • Bakalavr dərəcəsində təhsil alan tələbələrin akademik bal ortalaması dörd bal üzərindən ən azı iki yarım olmalıdır.
  • Magistratura və doktorantura dərəcəsində təhsil alan tələbələrin akademik bal ortalaması dörd bal üzərindən ən azı üç olmalıdır
  • 50% dil biliyi + 50% GPA

 

Bakalavr, magistratura və doktorantura dərəcəsində təhsil alan tələbələr təhsilə başladıqları ilin ilk yarımili üçün proqramdan yararlana bilməzlər.

 

Azərbaycanlı tələbələr bu proqrama müraciət formasını müvafiq formada doldurduqdan sonra universitetlərinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.

 

Tələbələr Mövlanə Mübadilə Proqramından ən az bir, ən çox isə iki yarımil faydalana bilərlər. Həmçinin müəllim heyəti də bu proqramdan yararlana bilər. Onlar isə tədris ili çərçivəsində yalnız bir dəfə ən az bir həftə, ən çox üç ay proqramda  iştirak  edə  bilər.

 

Tələbələr Mövlanə proqramının tələbəsi olduqları zaman ərzində təhsil aldıqları qurumlara ödəməli olduqları təhsil haqqını ödəməyə davam edərlər. Bundan əlavə başqa ödənişə  ehtiyac  yoxdur.

 

Azərbaycandan Mövlanə Mübadilə Proqramı Protokolunu imzalayaraq  bu  proqramda iştirak  edən  universitetlər  bunlardır:

 

  1. Azərbaycan Dövlət İqtisadiyyat Universiteti
  2. Xəzər Universiteti
  3. Azərbaycan Texniki Universiteti
  4. Azərbaycan Universiteti
  5. Bakı Mühəndislik Universiteti
  6. Bakı Dövlət Universieti
  7. Azərbaycan Memarlıq və İnşaat Universiteti

 

Fidan Ali