https://www.zirve.edu.az/ #
2021-07-26 10:05:00
Ana 5 yaşlı qızını mikroavtobusda UNUTDU

İstanbulun Küçükçekmece rayonunda ana hər hansısa bir əşyasını deyil, azyaşlı qızını mikroavtobusda unudub.

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Mahmut Elkatmış adlı digər bir sərnişin 5 yaşlı Dəfnənin yaddan çıxaraq mikroavtobusda qaldığını görüb və onu təhlükəsizlik orqanlarına təhvil verib.

Son məlumata görə, tapılan uşaq polis şöbəsinə gələn anasına verilib.(publika)