Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 09:24:00
Texniki Universitet məzunların ixtisası seçimi ilə bağlı DİM-ə rəsmi müraciət edib

2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu prosesində ölkənin digər universitetlərinin məzunlarının ixtisaslaşma seçimi zamanı Azərbaycan Texniki Universitetində (AzTU) tədrisi aparılacaq ixtisaslar üzrə seçim edə bilməmələri ilə bağlı rəhbərliyə çoxsaylı müraciətlər daxil olub.

AzTU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərlə bağlı araşdırma aparılıb və məlum olub ki, magistratura səviyyəsinə qəbul prosesində AzTU-da tədrisi aparılacaq ixtisaslar üzrə yalnız bu universitetin məzunları seçim edə bilib, digər yerli universitetlərin məzunları tərəfindən müvafiq seçimlərin aparılması mümkün olmayıb.

Sözügedən məsələnin həlli ilə bağlı Dövlət İmtahan Mərkəzinin rəhbərliyinə rəsmi müraciət olunub və nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.