Azedu.az

Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransının materialları dünya kataloquna daxil edilib-FOTO

14 İyun 2021, 14:27
Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransının materialları dünya kataloquna daxil edilib-FOTO

İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransının “Nizami Gəncəvi və davamlı inkişaf” xülasələr kitabı UNEC Kitabxana İnformasiya Mərkəzinə təqdim edilib.

 

AzEdu.az xəbər verir ki, konfrans materialının elektron resursu ölkənin aparıcı kitabxanaları və universitet kitabxanalarına təqdim edilib, eyni zamanda dünya kataloquna (worldcat.org) daxil edilib. Konfrans materialı ilə UNEC KİM-in elektron kitabxanasında (//library.unec.edu.az/kitabxana/6-umumi-elmler/546-nizami-g-nc-vi-v-davaml-inkisaf-xuelas-l-r-kitab) tanış ola bilərsiniz.

 

Xatırladaq ki, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfrans iyun ayının 4-7-si tarixlərində baş tutub.

 

 

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox