Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-16 11:18:00
EHİM-də təcrübə keçən BMU tələbələri layihələrə cəlb olunub  

Bakı Mühəndislik Universitetinin (BMU) Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) istehsalat təcrübəsində olan tələbələri bir sıra layihələrə cəlb olunub. Universitet tələbələri Mərkəzdə vətəndaşlar üçün dövlət xidmətlərinin əlçatanlığı,  rəqəmsal hökumətə keçid  və rəqəmsal texnologiyalardan istifadənin tətbiq edilməsi ilə bağlı layihələrdə yaxından iştirak edirlər.  

 

AzEdu.az xəbər verir ki, bu layihələrə aktiv şəkildə qoşulan BMU-nun Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları ixtisaslarının tələbələri Rüfət Məzəmov, Afət Həsənova, Nərmin Məmişova, Mir Cəlal Həşimli, Şıxməmməd Əyyubov və Türkan Həşimova EHİM-də istehsalat təcrübələrini uğurla davam etdirirlər.

 

Qeyd edək ki, EHİM Prezident cənab İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli Fərmanına uyğun olaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.