Azedu.az

Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib

Orta təhsil

Təhsil Nazirliyi

8 May 2021, 15:02
Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib

Mayın 8-də ölkə üzrə 107 mərkəzdə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müsabiqədə iştirak üçün V sinifdə təhsil alan 170 mindən çox şagird müraciət edib.
Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsini məktəblilər arasında təbliğ etmək, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onları həvəsləndirməkdən ibarətdir.

Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?
Son xəbərlərDaha çox