Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-05 14:54:00
BMU-nun əməkdaşlarıkitab tərcüməsi layihəsində uğurla iştirak ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dosent Şəhriyar Muxtarov, kafedranın əməkdaşları - i.ü.f.d. Fərid Cəbiyev və İlkin Qasımov növbəti kitab tərcüməsi layihəsində uğurla iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, tanınmış iqtisadçı Frederik S.Mişkinin dünyaca məşhur “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı” kitabının ingilis dilindən Azərbaycan dilinə tərcüməsi layihəsində Ş.Muxtarov tərcüməçi, F.Cəbiyev və İ.Qasımov isə ixtisas redaktorları olaraq yer alıblar.

 

Kitab universitet tələbələri, iqtisadiyyat və maliyyə sahəsi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. Bununla yanaşı, kitab “Pul siyasəti”, “Pul və banklar”, “Bank işi” və “Maliyyə bazarları” kimi dərslərdə əsas vəsait kimi istifadə edilə bilər.  

 

“BP Azərbaycan”ın sponsorluğu ilə “TEAS PRESS” nəşriyyatında çap edilən vəsaitin ölkənin müxtəlif universitetlərinin kitabxanalarına paylanılması nəzərdə tutulur.