Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 10:48:00
Sədr müavininin təhsillə bağlı maraqlı kitabı çapdan çıxdı

 

 

 

“Gələcəyi müəyyənləşdirmək istəyirsinizsə keçmişi öyrənin”

 

 

Ömrünün müdriklik çağına qədəm qoymuş tanınmış təhsil ekspertı, 45 illik pedaqoji fəaliyyəti dövründə təyinat üzrə kənd müəllimliyindən məktəb direktoru, elmi işçi, təhsil şöbəsinin müdiri, Bakı Təhsil İdarəsində sektor müdiri kimi, təhsilin aşağı və yuxarı idarəetmə oraqanılarında böyük həyat yolu keçmiş, çoxlu sayda proqram, tədris vəsaiti, elmi-pedaqoji və tənqidi-analitik yazıların  müəllifi  Nadir İsrafilovun  “Keçmişi də, gələcəyi də, ancaq indinin işığında görmək olar”növbəti kitabı geniş oxucu kütləsinə təqdim olunur.

 

 

Kitab müəllifin müxtəlif illərdə, ayrı-ayrı mətbuat orqanlarının səhifələrində dərc olunmuş, uşaqlıq illərindən  başlayaraq, orta məktəb dövrü, alı təhsil və aspirantura həyatı, habelə pedaqoji fəaliyyəti ilə bağlı yadda qalan bəzi məqamların toplusundan ibarət olub, oxucuda keçən dövrlərə qiyabi də olsa nəzər salmaq, müvafiq müqayisələr aparmaq, bir daha həmin anları yaşamaq hissləri oyadır.

 

 

Əsasən müdrik kəlamlar, hikmətli sözlərə, aforizmlərə istinadən qələmə alınmış xatirələrin hər bir məqamı, müəllifin keçdiyi həyat yolunun bilavasitə təhsilə bağlılığı, təhsilin onun həyatında və bilavasitə karyerasındakı rolu ilə əlaqəli şəkildə, konkret  və düşündürücü faktlar əsasında nəzərdən keçirilir, diqqət təlim və tərbiyənin bir çox aspektlərinə yönəldilir. Müəllif sonda bu nəticəyə gəlir: “Keçmişi də, gələcəyi də, ancaq indinin işığında görmək olar”

 

 

Kitabı oxuyub başa vurduqdan sonra, bir daha əmin olursan ki, “Keçmişi də, gələcəyi də, ancaq indinin işığında görmək olar”, “İnsan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir”, “Gələcəyi müəyyənləşdirmək istəyirsinizsə keçmişi öyrənin”; “Gələcəyinizi proqnozlaşdırmanın ən yaxşı yolu onu qurmaqdır”, “Optimizm daha yaxşı bir gələcək yaratmaq üçün bir strategiyadır”.

 

 

 “Ali kateqoriyalı müəllim”, Azərbaycan SSR “Xalq maarif əlaçısı” kimi fəxri adlara, bir çox medallara, mükafatlara, fəxri fərmanlara, beynəlxalq sertifikatlara və döş nişanlarına layiq görülmüş, çoxlu sayda proqram, tədris vəsaitləri, metodik tövsiyələr, elmi-pedaqoji və tənqidi-analitik məqalələrin müəllifi olan Nadir  İsrafilov bu gün də,  Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın və  “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədr müavini, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi ekspert qrupunun rəhbəri olaraq ictimai fəaliyyətini davam etdirir, təhsilimizə öz yaradıcı və layiqli töhfəsini verir.

 

 

Ümidvaram ki, dəyərli pedaqoqumuz Nadir İsrafilovun oxuculara təqdim etdiyi “Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar” (Keçmiş indinin virtual məkanıdır) adlı yeni kitabı nəinki təhsil işçiləri, bütövlükdə geniş oxucu kütləsi üçün də maraqlı olacaq. Kitabla tanış olan hər bir oxucu sonda ömrünü təhsilə, xalqının maariflənməsinə həsr edən müəllifin dünyagörüşünə və bədii zövqünə güzəştə getməkdə yanılmadığının fərqində olacaqdır.

 

İlqar Orucov, fəlsəfə doktoru,

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi,

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri