Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-20 15:52:00
“Pandemiya bəzi imkanlar üçün şərait yaratdı” –  Təhsil naziri

 

 

 

Azərbaycan  Respublikasının  təhsil  sistemində  ümumi  təhsil  pilləsində  bir  il  ərzində  1  milyondan  artıq  şagird, 100  mindən  artıq  müəllimin  virtual  platformada  iştirakı  təmin  olunub.

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Təhsil   naziri  Emin  Əmrullayev  Bakı  Ali  Neft  Məktəbin  təşkilatçılığı  ilə keçirilən “Post-COVİD  müddətində  Ali  təhsil  və  Tədqiqat” mövzusunda  seminarda  qeyd  edib.

 

O  qeyd  edib  ki, bu  nəticə  bir  çox  imkanların  yaranmasının  məhz  pandemiya  dövrünə  təsadüf  etməsinə  bir  nümunədir:

 

“Bir  həftədə  distant  formada  təşkil  edilən  sessiyaların  sayı  həm  ali, həm  orta, həm  də  peşə  təhsili  müəssisələrində  6  milyondan  çoxdur. Əgər biz   Təhsil  Nazirliyi  olaraq  bu  hədəflər  haqqında  bir  il  yarım  əvvəl  danışsaydıq,  yəqin  ki, bir  milyondan  artıq  şagirdin  vahid  platformada  yer  alması  üçün  bir  neçə  il  tələb  olunardı.

 

Düşünürəm  ki, pandemiya  bizə  müəyyən  mənada  yeni  imkanların  açılmasına  şərait  yaradır”.