Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-17 15:01:00
ADNSU-da Koronavirus infeksiyasına qarşı vaksinasiyanın əhəmiyyətinə dair infosessiya keçirilib  

Aprelin 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Koronavirus infeksiyasına qarşı vaksinasiyanın əhəmiyyətinə dair onlayn infosessiya keçirilib.

 

AzEdu.az xəbər verir ki, onlayn formatda keçirilən infosessiyada Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri, tibb üzrə elmlər doktoru Samir Cavadov müəllim və tələbələrə koronavirus infeksiyasına qarşı mübarizədə peyvəndin vurulmasının əhəmiyyətindən danışıb, həmçinin  vaksinasiya prosesinin infeksiyaya qarşı kütləvi immunitetin formalaşmasındakı rolu və normal həyata dönüşün təminatçıs olması haqqında çıxış edib. Vaksinasiyanın əhəmiyyətindən söz açan S.Cavadov peyvəndlənmə sayəsində ölüm faizinin  90% azaldığını bildirib və mövcud olan vaksinafobiyanın yalnış məlumatlanma sayəsində yarandığını bildirib.

 

Tibb Universitetinin Yolxucu Xəstəliklər Kafedrasının müdiri, həkim-infeksionist Cəlal İsayev ölkədə vaksinasiyanın sstatistikasından danışaraq ikinci mərhələdə 450 min insana vaksin tətbiq olunduğunu deyib.O, ölkəmizdə aktiv xəstə sayının digər ölkələrlə müqayisədə aşağı olduğunu da diqqətə çatdırıb.

 

Sonda koronavirus və vaksinasiyaya dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, tədbir ADNSU-nun, eləcə də universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) professor-müəllim heyəti və tələbələri arasında koronavirus infeksiyasına qarşı peyvənd vurulmasının əhəmiyyətinin təbliği məqsədilə keçirilib.

 

Qeyd edək ki, doktor S. Cavadov ATU-nun Tədris şöbəsinin müdiri, Amerika Mikrobioloqlar Cəmiyyətinin üzvü və həmin cəmiyyətin Azərbaycan üzrə ölkə təmsilçisidir (ASM Country Ambassador to Azerbaijan). O, 2010 –cu ildən Dövlət İmtahan Mərkəzinin rezidentura bölməsi üzrə mikrobiologiya fənnindən ekspertidir.