Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-13 17:13:00
BANM istifadə edilmiş elektrik batareyalarını utirilizasiya üçün təhvil verdi  

SOCAR-ın İDEA İctimai Birliyi ilə bağladığı Memoranduma əsasən, Bakı Ali Neft Məktəbi (BANM) tərəfindən istifadə edilmiş elektrik batareyaları İctimai Birliyə təhvil verilib. Təhvil verilən batareyalar təxminən 20 kq çəkiyə malik olub.

 

AzEdu.az xəbər verir ki, bu batareyalar Bakı Ali Neft Məktəbində kompüter “mouse”-larında, divar saatlarında, mikrafonlarda, stasionar telefonlarda, foto-video aparatlarında və s. avadanlıqlarda istifadə olunub. Bundan başqa, könüllü olaraq ayrı-ayrı vətəndaşlar tərəfindən də məişətdə istifadə olunan batareyalar BANM-ə təhvil verilib.

 

Təhlükəli tullantı hesab olunan istifadə edilmiş elektrik batareyaları Bakı Ali Neft Məktəbində xüsusi dizayna malik qutularda toplanılır və mühafizə olunur. 

 

SOCAR-ın İDEA İctimai Birliyi ilə bağladığı Memoranduma əsasən, bu batareyalar SOCAR-ın Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzinə təhvil verilir.

 

Məlumat üçün bildirək ki, ağır metallar, duzlar, civə, konsarogen maddələrlə dolu olan batareyalar azı 10 il təhlükəli olur.

 

İşlənmiş batareyanın evdə, torpaqda, boş ərazidə, suda qalması ilə toksiki maddələrin insan orqanizminə keçməsi nəticəsində onkoloji şişlər, görmənin zəifləməsi, dəri xəstəlikləri, sümük əriməsi, ağciyər xəstəlikləri, əsəb pozğunluğu, yorğunluq, halsızlıq, uşaqların qüsurlu doğulması, gec inkişafı kimi fəsadlar yarana bilir.