Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-05 05:53:03
Məktəbli çantasına hansı qidalar qoyulmalıdır? – VACİB MƏSLƏHƏTLƏR

Məktəblilərin qidalanması ilə bağlı tez-tez ekspertlər tərəfindən narahatlıqlar dilə gətirilir. Bu da əsassız deyil. Çünki şagirdlərin qidalanma məsələsi onların sağlamlığı ilə yanaşı həm də təhsil prosesinə birbaşa təsir edən amillərdən birincisidir.

AzEDU foodinfo.az-a istinadən bildirir ki, dietoloq Tutu Zeynalova məsləhətlər verib.

O, valideynlərə çağırış edib: "Biz bəzən övladlarımızın cibinə pul oyaraq məktəblərin bufetlərində verilən yeməklərə arxayın olub uşaqların məktəbdə yediklərindən xəbərsiz qalırıq.

Hazırda dünyada hər 4-5 uşaqdan birində artıq çəki problemi var. Düşünürəm ki, bu çox ciddi bir siqnaldır.

Bir hər zaman deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Amma sağlam gələcək yetişdirmək üçün bu gün uşaqlarımızın yediklərinə diqqət yetirməliyik".

Ekspert "Məktəblinin yemək çantasında nələr olmalıdır?" sualını isə belə cavablandırıb:

"Bu suala bir neçə nümunə ilə demək istəyirəm. Ümid edirəm bu məlumatlar valideynlər və uşaqlar üçün faydalı olacaq.

Bu qidalar elə olmalıdır ki, uşaqlar onu yeyərkən həm xoşbəxt olmalı, həm dərsdə uğur qazanmasına dəstək verməli, həm də sağlamlığı üçün fayda olmalıdır.

Nümunə 1: süd, meyvə (daha çox narıngi və banan təklif edirəm), yulaf unundan hazırlanmış kurabiyə.

Nümunə 2: kəpəkli undan hazırlanmış dürüm və içinə süzmə, alma, badam və qara kişmiş.

Nümunə 3: Yarım simit, meyvəli süd, banan.

Nümunə 4: Yarım simit, yoqurt, badam.

Nümunə 5: Armud, yulaf unundan hazırlanmış iki dilim çörək, badam.

Bütün bu nümunələrə əlavə olaraq su mütləq lazımdır.

Səhər yeməyi yeyib dərsə gedən uşaqlar dərslərində daha uğurlu olur. Bundan başqa sosial çevrəsində daha özünəinamlı davranır".