Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-02 13:48:00
30 Azərbaycan dili müəlliminin peşəkarlığını artıran layihə - Qrant müsabiqəsi

 

 

 

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqənin  fərdi kateqoriya üzrə qalib layihələrdən biri də “Azərbaycan dili müəllimlərinin təkmilləşdirilməsi və şagirdlərinin nəticələrinin izlənilməsi”dir.

 

Layihə rəhbəri Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbə tam orta məktəbin Coğrafiya müəllimi  Səbinə Qədirova  layihənin icra planına uyğun olaraq  4 ay müddətində Daşkəsən rayonunda fəaliyyət göstərən 30 nəfər Azərbaycan dili müəlliminə “Azərbaycan dili fənni üzrə qiymətləndirmənin təşkili metodikası” mövzusunda proqrama əsasən 18 günlük təlimlər keçirilib.

 

O cümlədən Daşkəsən rayonunda təhsil alan VIII və IX sinif şagirdləri üçün açıq sualları cavablandırmaq bacarıqlarını inkişaf etdirmək məqsədilə “Mətn üzrə fəaliyyətlərin aparılması” mövzusunda seminar və vebinarlar təşkil edilib.

 

Şagirdlər oxuyub-anlama və yazı bacarıqlarını formalaşdıracaq səmərəli üsullarla tanış edilmiş, həmçinin şagirdlərin çətinlikləri müzakirə olunmuş, sualları cavablandırılaraq 6 günlük təlimlər və müzakirəli görüşlər təşkil olunub.

 

Təlimdən əvvəl və təlimin sonunda şagirdlər Microsoft Teams platforması üzərində buraxılış imtahanlarına uyğun olaraq Azərbaycan dili, Riyaziyyat və Xarici dil ( ingilis dili, rus dili) fənləri üzrə sınaq imtahanlarıda itirak etmişdilər.

 

Layihənin məqsədi Azərbaycan dili fənnini tədris edən müəllimlər arasında müasir qiymətləndirmə vasitələrinin təkmilləşdirilməsi, oxuyub anlama strategiyasının artırılması, tədris zamanı şagirdlərə düzgün tətbiq edilməsi və sınaq imtahanlarını keçirməkə şagirdlərin imtahana hazırlıqlarının nəzarətdə saxlanılaraq nəticələrinin yüksəldilməsidir.

 

“Azərbaycan dili müəllimlərinin təkmilləşdirilməsi və şagirdlərin nəticələrinin izlənilməsi” layihəsi  30 Azərbaycan dili müəlliminin açıq tipli suallarla işləmə bacarıqlarınn daha da təkmilləşdirilməsinə, buraxılış imtahanlarında şagirdlərin yüksək nəticə göstərməsi üçün əsas hansı iş forması və üsulları ilə işləmə bacarıqlarına diqqət edilməsinə, tədris metodlarının daha da təkmilləşdirilməsinə şərait yaratdı.

 

Daşkəsən rayonunda VIII və IX siniflərdə təhsil alan  150 şagirdin çətinlik çəkdikləri mövzular üzrə  təlimçi ilə birlikdə işlədikləri açıq tipli sualların  müzakirəsi,  metodlar üzrə işin təşkili şagirdlərdə bacarıqların daha da artırılmasına və çətinliklərin aradan qalxmasına kömək etdi.

 

İki dəfə iştirak etdikləri sınaq imtahanı şagirdlərdə imtahandan öncəki həyəcanı azaldaraq, suallarla dügün işləmək, vaxtı düzgün bölmək, nəticələrinin imtahana qədər yüksəldilmələri üçün çətinlik çəkdikləri mövzuları daha dərindən mənimsəmələrinə  hədəflənmişdir.

Əlavə olaraq qeyd edək ki, layihə daxilində keçirilmiş sınaq imtahanlarına əvvəlcədən paylaşılmış link vasitəsi ilə Respublikanın müxtəlif bölgələrində təhsil alan 500-ə yaxın şagird də qoşularaq  iştirak etmiş öz bilik və bacarıqlarını sınamışdır.