Azedu.az

AzTU-nun müəllimləri beynəlxalq elmi konfransda iştirak edib

Ali təhsil

25 Fevral 2021, 17:59
AzTU-nun müəllimləri beynəlxalq elmi konfransda iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının əməkdaşları- professor Bayram İbrahimov və dosent Mehman Həsənov Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetində keçirilən iki günlük onlayn beynəlxalq elmi konfransda iştirak edib.

 

AzEdu.az xəbər verir ki, “Təhsil və elmdə infokommunikasiyanın aktual problemləri” adlı beynəlxalq konfransda professor Bayram İbrahimov “İnnovativ texnologiyalar bazasında çoxxidmətli telekommunikasiya şəbəkələrinin buraxma qabliyyətinin göstəricilərinin təhlili və tədqiqi” mözusunda  “İnfokommunikasiya şəbəkələri və sistemləri” bölməsində məruzə ilə çıxış edib.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox