Azedu.az

AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub

Elmi institut və təşkilatlar

24 Fevral 2021, 13:15
AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaşı 65-dən yuxarı olan əməkdaşlarının koronavirus əleyhinə vaksinasiyasına başlanılıb.

 

AzEdu.az xəbər verir ki, AMEA-nın Azad Həmkarlar İttifaqından  verilən məlumata görə, ötən gün TƏBİB-in modul tipli xəstəxanasında yaşı 65-dən yuxarı olan akademiya əməkdaşlarının vaksinasiyası həyata keçirilib.

 

Qeyd olunub ki, 400-dən artıq əməkdaş peyvənd olunub və heç bir əks-göstərişlə rastlaşmayıblar: "Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar".

 

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.(Report)

 
SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox