Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-23 12:09:00
Bu universitet tələbələrə əlavə ödəniş etdi – SƏBƏB

 

 

Bakı  Dövlət  Universiteti  təqaüd  alan  tələbələrə  əvvəlki  semestrin  nəticələrinə  əsasən, əlavə  ödənişlər  edib.

 

Belə  ki, 2020 – 2021  tədris  ilinin  payız  sessiyasında  təqaüd  alan  tələbələrin  hesablarına, əlavə  pul  məbləği  yüklənib.

 

AzEdu.az  xəbər  verir  ki, universitetin  İctimaiyyətlə  əlaqələr  və  informasiya  şöbəsinin  rəhbəri  Günel  Orucəliyeva  bu  addımın  əvvəlki  semestrin  uzadılması  səbəbi  ilə  atıldığını  və  tələbələrin  haqqı  olduğunu  bildirib.

 

Uzadılan  müddət  hesablanaraq  tələbələrin  hesablarına  18 (adi), 26( həvəsləndiri), 31 (əlaçı) manat  məbləğində  ödəniş  edilmişdir.

 

Qeyd  edək  ki, ali  təhsil  müəssisələrində  pandemiya  səbəbi  ilə  onlayn  şəkildə  həyata  keçirilən  tədris  semestri  bir  müddət  uzadılmışdı.