Təhsilverənlərin təkrar sertifikatlaşdırılması imtahanından iki dəfə uğursuz nəticə əldə edərək əmək müqaviləsinə xitam verilən müəllimlər Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edib uğur qazanaraq ümumtəhsil müəssisələrində fəaliyyətlərini bərpa edə bilərlər.
Maraqlıdır, əmək müqaviləsinə xitam verilən müəllimlər arasında MİQ-də iştirak edərək fəaliyyətini bərpa edənlər olubmu?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalının sualına cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov qeyd edib ki, sertifikasiya imtahanından uğursuz nəticə əldə edən müəllimlərlə ayrı-ayrılıqda onların ümumi vəziyyəti qiymətləndirilir.
“Onlar ümumi təhsil müəssisələrində alternativ işlərlə təmin edilirlər. Lakin bu, müəllimlik fəaliyyəti deyil".
E.Bağırov əlavə edib ki, Müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək yenidən təyin olunan olmayıb.
"Bu vaxta qədər həmin müəllimlər arasından məktəbdə fəaliyyətini bərpa edən heç kim qeydə alınmayıb", - agentlik direktoru qeyd edib.