Azedu.az

AMEA-ya narkomaniya ilə bağlı yeni müalicə üsullarının hazırlanması tapşırılıb  

Elmi institut və təşkilatlar

22 Fevral 2021, 16:56
AMEA-ya narkomaniya ilə bağlı yeni müalicə üsullarının hazırlanması tapşırılıb  

Narkotikdən sui-istifadə edənlərin aşkar edilməsi metodlarının təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar aparılacaq.

AzEdu.az-ın məlumatına görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2021-ci il üçün İş Planında əksini tapıb. 

İş Planına əsasən, Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mütəmadi olaraq bu istiqamətdə araşdırmalar aparacaq.

Bildirilib ki, həmçinin AMEA tərəfindən 2021-ci i ərzində narkotik asılılığın patogenezinə əsaslanan yeni müalicə üsullarının işlənilməsi üzrə tədqiqatlar aparılacaq.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox