Azedu.az

Şagirdlərin elektron yerdəyişməsi davam edir  

Orta təhsil

20 Fevral 2021, 13:13
Şagirdlərin elektron yerdəyişməsi davam edir  

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Xatırladaq ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı olaraq müvəqqəti dayandırılmışdı.

İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox