Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-19 15:04:00
Naftalanlı şagirdlər Respublika Fənn olimpiadalarının birinci mərhələsində iştirak ediblər  

Təhsil sistemində ən kütləvi bilik yarışlarından olan fənn olimpiadaları şagirdlərdə təhsilə, biliklərə əzmlə yiyələnməyə marağı artıran, özünə inam hisslərini gücləndirən, ayrı-ayrı fənlər üzrə istedad və qabiliyyəti, çevik və yaradıcı təfəkkürü ilə fərqlənənləri vaxtında aşkara çıxarmağa və onların mövcud potensial imkanlarını daha da inkişaf etdirməyə kömək göstərən, şagirdlərdə ixtisas və peşəseçmə vərdişlərinin formalaşmasına zəmin yaradan ən yaxşı vasitələrdəndir.

 

Naftalan rayon İcra Hakimiyyətinindən AzEdu.az-a bildirilib ki, hər il olduğu kimi 2020-2021-ci tədris  ilində  də şəhər ümumtəhsil məktəblərində istedadlı uşaqların aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadaları 2021-ci il fevral ayının ortalarında Təhsil Nazirliyinin təyin etdiyi qrafikə əsasən Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə keçirilib.

 

Fənn olimpiadaları IX-XI sinif şagirdlər arasında 8 fənn üzrə (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika) aparılmışdı.  Fənn olimpiadalarında ayrı-ayrı fənnlər üzrə 58 şagird iştirak edib.

 

Şəhər mərhələsinin qalibi olmuş 8 şagird müxtəlif fənnlər üzrə zona mərhələsində iştirak etmək hüququ qazanıblar.