Azedu.az

Quba-Xaçmazda qəbul imtahanından tam bal toplayanların sayı - hansı fənlər öndədir?

Quba-Xaçmaz

4 İyul 2026, 09:33
Quba-Xaçmazda qəbul imtahanından tam bal toplayanların sayı - hansı fənlər öndədir?

Ötən günlərdə qəbul imtahanlarının I cəhdi üzrə imtahan nəticələri elan edilmişdi. 

AzEdu.az regionlar arasında sorğu keçirərək fənnlər üzrə tam bal toplayan abituriynetlərin sayını öyrənib. 

Sorğumuza cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, keçirilən II və III ixtisas qrupları üzrə qəbul  imtahanlarında idarənin tabeliyindəki Şabran, Siyəzən, Qusar rayonları və Quba şəhəri üzrə qəbul imtahanında ümumilikdə 1076 nəfər abituriynet iştirak edib. 

Məlumata görə, region üzrə II ixtisas qrupunun imtahanlarında ümumilikdə 523 abituriyent iştirak edib. Bu qrup üzrə imtahan verənlərdən 1 nəfər Coğrafiya fənni üzrə maksimum – 150 bal toplamağa nail olub.

III ixtisas qrupu üzrə imtahanlarda isə regiondan 557 abituriyent iştirak edib.  Bu ixtisas qrupu üzrə fənlər kəsiyində yüksək nəticə göstərərək maksimum – 150 bal toplayanların sayı 4 nəfər təşkil edib. Onlardan 2 nəfəri Tarix fənni üzrə, 1 nəfəri Azərbaycan dili fənni üzrə, daha 1 nəfəri isə Coğrafiya fənni üzrə tam bal toplamaqla ən yüksək nəticəyə imza atıb.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox