Azedu.az

Quba-Xaçmaz üzrə ən yaxşı məktəblərin ADLARI

Quba-Xaçmaz

22 İyul 2026, 12:16
Quba-Xaçmaz üzrə ən yaxşı məktəblərin ADLARI

Quba-Xaçmaz regionu üzrə respublikanın ən yaxşı məktəblərinin siyahısı açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Xaçmaz rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 2004 şagird bitirib, onların 1997 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 84 nəfəri 500-dən, o cümlədən 19 nəfəri 600-dən yuxarı bal toplayıb. Rayonun ən yaxşı məktəbi sırasında 8 nömrəli şəhər tam orta məktəbi yer alıb.

Quba rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 1578 şagird bitirib, onların 1572 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 72 nəfəri 500-dən, o cümlədən 14 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər siyahısına Quba Texniki-təmayüllü liseyi və Təbiət fənləri üzrə 2 nömrəli şəhər məktəb-liseyi daxil edilib. Rayonun ən yaxşı məktəbləri sırasında isə A.Babayev adına Susay kənd və Püstəqasım kənd tam orta məktəbləri qeyd olunub.

Qusar rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 930 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 32 nəfəri 500-dən, o cümlədən 7 nəfəri 600-dən yuxarı bal toplayıb. Respublika üzrə yaxşı məktəblər sırasına 1 nömrəli şəhər, Həzrə kənd və Yuxarı Zeyxur kənd tam orta məktəbləri daxil edilib.

Siyəzən rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 461 şagird bitirib, onların 460 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 32 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb. Rayonun ən yaxşı məktəbləri sırasında 1 və 2 nömrəli şəhər tam orta məktəbləri göstərilib.

Şabran rayonu üzrə 2025-ci ildə ümumtəhsil müəssisələrini 640 şagird bitirib, onların 638 nəfəri buraxılış imtahanında iştirak edib. Rayon məzunlarının 34 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb. Rayonun ən yaxşı məktəbləri sırasında 1 və 4 nömrəli şəhər, həmçinin Pirəmisən kənd tam orta məktəbləri qeyd olunub.

Məlumatlardan görünür ki, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 500-dən yuxarı bal toplayan məzunların sayına görə Xaçmaz rayonu (84 nəfər) ilk sırada qərarlaşıb. Onu Quba (72 nəfər), Şabran (34 nəfər), Qusar (32 nəfər) və Siyəzən (32 nəfər) rayonları izləyib.

Region üzrə respublikanın ən yaxşı məktəbləri siyahısında Quba və Qusar rayonlarının təhsil müəssisələri yer alıb. Ən çox 600-dən yuxarı nəticə göstərən məzun isə Xaçmaz rayonunda (19 nəfər) qeydə alınıb. Siyəzən rayonu isə 13 nəfərlə ikinci sırada qərarlaşıb.

Rusiya İlham Əliyevi hədəf aldı - Kremldə dəliliyin ən son həddi
Son xəbərlərDaha çox