Azedu.az

Quba- Xaçmaz regionu üzrə nə qədər məktəb fəaliyyət göstərir?- say AÇIQLANDI

Quba-Xaçmaz

7 Sentyabr 2026, 15:11
Quba- Xaçmaz regionu üzrə nə qədər məktəb fəaliyyət göstərir?- say AÇIQLANDI

Rayonlarda fəaliyyət göstərən məktəblərin sayı ərazi və əhalinin sayına uyğun olaraq fərqlənir.

Maraqlıdır, hazırda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində neçə məktəb fəaliyyət göstərir?

Mövzu ilə bağlı AzEdu.az Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, region üzrə ümumilikdə 392 məktəb fəaliyyət göstərir:

"Onlardan 129-u Qubada, 81-i Qusarda, 117-si Xaçmazda, 43-ü Şabranda, 22-si isə Siyəzəndə yerləşir".

Ukraynadan dağıdıcı HÜCUM - Rusiya şəhərləri vurulur!
Son xəbərlərDaha çox