Azedu.az

Rezidenturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

3 İyul 2026, 11:43
Rezidenturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri) üzrə sınaq imtahanı keçirəcək.

AzEdu.az xəbər verir ki, sınaq imtahanında iştirak etmək istəyənlər 3 iyul saat 11:00-dan 13 iyul saat 11:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı 17 iyul 2026-cı il tarixində Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov küç., 50) elektron formada keçiriləcək və saat 11:00-da başlanacaq.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 50 (əlli) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox