Azedu.az

Nazir müavini: “Təhsil universitetlə bitmir, ömürboyu davam etməlidir”

Ali təhsil

3 İyul 2026, 19:45
Nazir müavini: “Təhsil universitetlə bitmir, ömürboyu davam etməlidir”

“Ali təhsil müəssisələrimizin beynəlxalq reytinq göstəriciləri yaxşılaşıb”.

AzEdu.az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən Məzun Günü tədbirində çıxışı zamanı səsləndirib.

İdris İsayev bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində ölkənin ali təhsil müəssisələrinin beynəlxalq reytinq göstəricilərində müsbət irəliləyiş qeydə alınıb.

Onun sözlərinə görə, bu il ilk dəfə olaraq üç Azərbaycan universiteti dünyanın top 800 ali təhsil müəssisəsi sırasında yer alıb, yeddi ali təhsil müəssisəsi isə top 1000 siyahısına daxil olub:

"AzMİU da öz mövqeyini yaxşılaşdıraraq 951-1000 aralığında qərarlaşıb. Əsas məqsəd bilikli, bacarıqlı və vətənpərvər gənclərin yetişdirilməsidir. 

Gənclər öz bilik və bacarıqlarını daim artırmalı, xüsusilə süni intellekt, rəqəmsal texnologiyalar və innovasiyalardan düzgün istifadə etməyi bacarmalıdırlar.

Müasir dövr gənclərdən davamlı inkişaf və öz üzərində işləməyi tələb edir. 

Təhsil prosesi yalnız universitet illəri ilə məhdudlaşmamalı, ömürboyu davam etməlidir.

Hər bir məzunun uğurunun arxasında professor-müəllim heyətinin böyük zəhməti dayanır. Müəllimlər tələbələrə təkcə bilik deyil, həm də həyat təcrübəsi və məqsədli düşünmə bacarıqları aşılayıblar".

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox