Azedu.az

AzMİU rektoru: “Qarabağın yenidən qurulmasında məzunlarımızın əməyi var”

Ali təhsil

3 İyul 2026, 19:43
AzMİU rektoru: “Qarabağın yenidən qurulmasında məzunlarımızın əməyi var”

"İşğaldan azad edilmiş ərazilərin bərpasında məzunlarımız aparıcı rol oynayırlar".

AzEdu.az xəbər verir ki, bu fikirləri rektor AzMİU-da keçirilən Məzun Günü tədbirində çıxışı zamanı səsləndirib.

Gülçöhrə Məmmədovanın sözlərinə görə, universitetin yetirmələri şəhər və kəndlərin yenidən qurulmasında aparıcı mütəxəssislər kimi fəaliyyət göstərir və əldə etdikləri uğurlarla ali təhsil müəssisəsinin ölkənin inkişafındakı rolunu bir daha təsdiqləyirlər.

Rektor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar və quruculuq işləri həyata keçirilir, regionların inkişafı davam edir, Böyük Qayıdış Proqramı isə uğurla icra olunur.

O bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricilərindən biri də 2026-cı ildə ölkədə keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) olub. 

Rektorun sözlərinə görə, forum Azərbaycan Memarlıq və İnşaat Universiteti üçün xüsusi əhəmiyyət daşıyır. Çünki şəhərsalma prosesini həyata keçirən və idarə edən memarlar, inşaatçılar, urbanistlər, mühəndis sistemləri və yol tikintisi üzrə mütəxəssislər, eləcə də iqtisadçılar və idarəetmə sahəsində çalışan kadrlar məhz AzMİU-da hazırlanır.

Gülçöhrə Məmmədova əlavə edib ki, universitet Ümumdünya Şəhərsalma Forumunda müəllim və tələbə heyəti ilə fəal iştirak edərək ölkənin memarlıq və şəhərsalma sahəsində potensialının nümayişinə öz töhfəsini verib.

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox