Azedu.az

“Bu atmosfer üçün darıxacağam” - AzMİU məzunu

Ali təhsil

3 İyul 2026, 19:47
“Bu atmosfer üçün darıxacağam” - AzMİU məzunu

"Tələbəlik həyatı çox ayrı bir hissdir, unudulmaz xatirələrim var".

Bunu AzEdu.az-a təəssüratlarını bölüşən dizayn ixtisası üzrə təhsilini başa vuran Nurlana Musayeva qeyd edib.

"Bu atmosfer üçün darıxacam. Tələbəlik həyatı çox ayrı bir hissdir, özünün əyləncəsi var. Dərslərlə bağlı eyni şeyi deyə bilməyəcəm (gülür), amma onun da öz yeri var idi. Çox gözəl insanlarla tanış oldum, gözəl dostluqlar qurduq. Universitetdə unudulmaz xatirələrim var.

Kim ixtisasını sevirsə, onun üzrə davam etsin. Əks halda, sevdiyi işlə məşğul olsunlar. Özlərini xoşbəxt edən işi seçsinlər və orada inkişaf etsinlər.

Bir tərəfdən sevinirəm ki, məzun oluram. Digər tərəfdən isə 4 il ərzində hər gün gördüyüm insanlardan ayrılmaq çətindir. Onlar mənə doğma kimidir. Darıxacağam."

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox