Azedu.az

AMEA professorun təyinatı ilə bağlı yayılan xəbərləri təkzib etdi

Elmi institut və təşkilatlar

30 Yanvar 2021, 11:44
AMEA professorun təyinatı ilə bağlı yayılan xəbərləri təkzib etdi

Dünən bir sıra kütləvi informasiya vasitələrində yayılıb ki, AMEA İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov guya AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib. İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu məlumatın heç bir əsası yoxdur”.


AMEA-nın Mətbuat və informasiya şöbəsinin yaydığı məlumatda belə deyilir.

 

Bildirilir ki, professor Elton Məmmədov hazırda da AMEA İşlər idarəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirir.

SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan
Son xəbərlərDaha çox