https://www.zirve.edu.az/
23.01.2021 14:39
Startap müsabiqəsinin qalibləri bəlli oldu - FOTO

UNEC-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində startap müsabiqəsi keçirlib.

 

AzEdu.az xəbər verir ki, UNEC-in “ISE Start-up Club”un təşkilatçılığı ilə ilə keçirilən müsabiqəsinin açılışında Tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova  tələbələrin yeni layihələrə maraqlarının artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov nazirliyin ölkəmizdə startaplara və innovasiya ekosisteminə göstərdiyi dəstəkdən danışıb, UNEC-in bu istiqamətdə önəmli rol oynadığını diqqətə çatdırıb. R.Əzizov müsabiqənin “İ2B - İdeyadan biznesə” layihəsi ilə əməkdaşlıq çərçivəsində keçirilən ikinci startap müsabiqəsi olduğunu vurğulayıb.

 

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin müdiri, Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimi, “ISE Start-up Club”unun yaradıcısı Turan Süleymanov üçüncü nəsil universitetlərə transformasiyanın baş  verdiyi, bu dövrdə ali təhsil ocaqlarının fəaliyyət istiqamətlərinə tədris və tədqiqatla yanaşı, yeni bir istiqamətin isə sahibkarların yetişdirilməsi də daxil olduğunu bildirib. UNEC-də də  bu sahədə görülən işlərdən söz açan T.Süleymanov bu istiqamətdə fəaliyyətlələrin bir qisminin BMT-nin 17 dayanaqlı inkişaf hədəflərindən üçünün - “Keyfiyyətli təhsil” , “Sənaye,  innovasiya və infrastruktur”  və  “Layiqli əmək və iqtisadi artım”  dəstəklənməsinə  yöndəldiyini xüsusi qeyd edib.

 

Tədbirin ikinci hissəsində 58 tələbədən ibarət 15 komandanın startap layihələrinin təqdimatı keçirilərək, münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılıb.

 

Müsabiqədə Share’Able komandasının layihəsi qalib olub. II yeri Oil Bloom komandasının, III yeri isə EvLux, E-find və Denada komandalarının layihləri  qazanıb.