Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-17 16:46:00
Netflix “Leyli və Məcnun” filmini çəkdi - VİDEO

Son illərin ən populyar kino platforması olan Netflix dahi Azərbaycan şairi Nziami Gəncəvinin "Leyli və Məcnun" poemasının motivləri əsasında “Leyla-Majnun” adlı film çəkib.

 

AzEdu.az xəbər verir ki, İndoneziya istehsalı olan film azərbaycanlı Samirlə İndoneziyalı Leyla arasındakı eşqdən bəhs edir.

 

İndoneziyalı alim Leyla Azərbaycanda olarkən əsərinin pərəstişkarı olan Samirə aşiq olur. Lakin onun qarşısında məcburi bir evlilik planı var.

 

Filmdə Reza Rahadian, Acha Septriasa, Baim Wong, Beby Tsabina, Dian Nitami, Uli Herdinansyah, Natasha Rizki, Eriska Rein, Landung Simatupang, August Melasz, Chantiq Schagerl, Cut Ashifa, Aida Abiyeva, Murad Ismayil, Nadya Arina, Augie Fantinus, Angelia Livie, Ernanto Kusumo və b. rol alıb.

 

Filmin çəkilişləri İndoneziya və Azərbaycanda aparılıb.

 

“Leyla-Majnun” filmi 11 fevraldan etibarən “Netflix” platformasında yayımlanacaq.