Azedu.az

"Məktəblərdə akademik nəticələr yaxşılaşır"

AzEdu Təhsil Platforması

11 Sentyabr 2026, 10:34
"Məktəblərdə akademik nəticələr yaxşılaşır"

4 və 6-cı sinif şagirdləri arasında yüksək nəticə göstərənlərin sayı artıb

AzEdu.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.

Eşqi Bağırov qeyd edib ki, həyata keçirilən tədbirlər və vaxtında tətbiq olunan müdaxilələr nəticəsində şagirdlərin akademik nailiyyətləri üzrə müəyyən müsbət dəyişikliklər əldə olunub.

Onun sözlərinə görə, həm 4-cü, həm də 6-cı siniflərdə riyaziyyat və tədris dili fənləri üzrə aşağı nəticə göstərən şagirdlərin payında azalma müşahidə olunub.

Agentlik direktoru bildirib ki, eyni zamanda hər iki sinif üzrə riyaziyyat və tədris dili fənlərində yüksək nəticə göstərən şagirdlərin payı da artıb.

Eşqi Bağırov əldə olunan nəticələrin il ərzində həyata keçirilən tədbirlərin nəticəsi olduğunu vurğulayıb.

O, həmçinin təhsil sistemində göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, hazırda vətəndaşlara göstərilən təhsil xidmətlərinin təxminən 90 faizi elektron formada həyata keçirilir. 

Bu xidmətlərə şagirdlərin birinci sinfə qəbulu, şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu və digər xidmətlər daxildir.

Agentlik direktorunun sözlərinə görə, bu il həmin xidmətlərin sırasına elektron attestatların verilməsi də əlavə olunub.

“Bu il təxminən 280 min 9-cu və 11-ci sinif məzununa elektron attestat təqdim olunub”, - deyə Eşqi Bağırov qeyd edib.

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox