Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-02 11:20:00
Bu dövrdə cəmiyyətin bütün günahlarına səbəbkar müəllimdir-Pedaqoq valideynlərə səsləndi

Bu dəfə müəllim və müəllimlikdən yazmağı düşündüm. Nəinki son amanlar, dünya yaranandan bu sənət həmişə populyar olub və haqqında çox danışılıb. Demək olar ki, hər ailədə, hər mərasimdə, hər toyda, hər yasda müəllim müzakirə obyektidir.

 

AzEdu.az xəbər verir ki, bu fikirlər Hədəf Steam liseyinin direktoru Şəmil Sadığın “İnsan mühəndisi kitabında yer alıb. Müəllif müəllim anlayışı və bizim cəmiyyət başlığı ilə bunları qeyd edib:

 

“Müəllim” sözü ərəbcədən götürülüb, mənası belədir: Məktəbdə hər hansı bir fəndən dərs deyən adam.

 

Ən qədim peşələrdən sayılan müəllimlik sənəti bu gün də hər kəs tərəfindən hörmətlə anılır, amma boğazdan yuxarı. Çünki müəllimin cəmiyyətimizdəki rolu, nüfuzu cəmiyyətimizin bu sənət sahiblərinə münasibətinin səmimi olmadığını göstərir.

 

Demək olar ki, hər ailədə, hər mərasimdə, hər toyda, hər yasda müəllim müzakirə obyektidir. Məgər bəşəriyyətin, cmiyyətin bütün problemlərinin səbəbkarı müəllimdir?

 

-Əlbəttə!

 

Valideynlərimiz uşaqlara “oxu” deyəndə, sonda da deyir ki, “ən pis halda müəllimdən zaddan olarsan” bu məntiqdən sonra biz nə gözləyək?!

 

Müəllim ən mübariz insan olmalıdır. Çünki onun yetirmələri yeniliyi gətirir. Mərd, qorxmaz, sözünün əri “ac ol, kişi ol” kimi prinsiplərlə yaşayan Mirzə Səfər, Cəbiş müəllim kimi prototiplərlə bir yeriyən müəllim zamanla ayaqlaşa, dəyişikliyə, şəraitə uyğunlaşa bilmədiyi üçün “müəllim” adından başqaları-haqqı olmayanlar, dadından, daha doğrusu, dadsızlığından isə məhz özü yararlanıb. Bir sözlə, müəllim sözü müəllimdən başqa hamının işinə yarayır.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları