Azedu.az

“Elm” uşaq istirahət düşərgəsi fəaliyyətə başlayıb

Məktəblər

27 İyun 2018, 15:37
“Elm” uşaq istirahət düşərgəsi fəaliyyətə başlayıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə Dendrologiya İnstitutu nəzdində “Elm” uşaq istirahət düşərgəsi fəaliyyətə başlayıb.

AMEA-dan AzEdu.az-a bildiriblər ki, düşərgənin açılışında iştirak edənlərə burada uşaqlar üçün hazırlanan proqramlar barədə məlumat verilib. Bundan başqa, uşaqların yataq, yemək və istirahət otaqlarına, eləcə də düşərgənin həyətində attraksionlar, hovuz, açıq havada idman və ya oyunlar üçün avadanlığa baxış keçirilib.

Qeyd edək ki, 8-14 yaş arası məktəblilərin düşərgədə istirahət müddəti 14 gün olmaqla dörd növbədə təşkil ediləcək. Bir növbə üçün yol vərəqəsinin qiyməti 200 manat təşkil edir ki, bunun 70 manatı valideyn tərəfindən, 130 manatı isə həmkarlar təşkilatı tərəfindən ödəniləcək.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox