https://www.zirve.edu.az/
02.12.2020 10:36
Distant təhsildə nələr qazanıldı,  nələr itirildi? -Nazirlik əməkdaşı açıqladı

Təhsil insanın dünyaya göz açdığı andan ömrünün sonunadək onunla gedən bir prosesdir. Bu prosesin içində ən böyük pay da müəllimlərindir. Müəllimin biliyi ölkənin gələcəyində mühüm rol oynayır.

 

AzEdu.az Türkiyədə Müəllim yetişdirmə və inkişaf etdirmə başqanı Adnan Boyacının pedaqoqlarla bağlı fikirlərini təqdim edir:

 

Bizdən biri amma fərqli müəllimlər

Özümüzə bu sualı veririk. Yaxşı şagird yetişdirmək üçün necə müəllimlər formalaşdırmalıyıq? Bizdən biri,  amma bizdən fərqli olsun. Bizimlə eyni dəyərlərə sahib olsun, eyni gəmidə olduğumuzun fərqinə varsın. Həmçinin fərqli düşünsün,  məsələləri həll etsin, yaradıcı olsun.

 

Qəhrəman müəllimlərə ehtiyacımız var.

 

İstədiyiniz texnologiyanı gətirin, ən yaxşı kitabı yazın, uşağı möhtəşəm binalarda oxudun, hər şey müəllimin biliyi və praktikada tətbiqdən keçir. Gənc müəllim ordusu çox şeyi dəyişə bilər.

 

 

Təhsilin problemləri var, amma...

 

Problemləri həll etmək üçün müəllimin və məktəb rəhbərinin yanında olmaq gərəkdir. Hər kəsin fikir bildirmək haqqı var.

 

Məktəbəqədər təhsil üçün təşəkkür edirəm

 

Məktəbəqədər təhsili çox dəstəkləyirəm. Bu təhsil pencəyin ilk düyməsinin bağlanması kimidir. Əgər şagird müəlliminə güvənib evdə valideynə “sən bilməzsən müəllimimdən soruşaram” deyirsə, müəllimə təşəkkür etməliyik. Xüsusilə də pandemiyanın tüğyan etdiyi belə bir zamanda.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları