Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-25 10:11:00
Kəlbəcər təhsilinin hər il yaxşılaşan nəticələri - RƏQƏMLƏR

44 gün davam edən  Vətən Müharibəsi Azərbaycanın  böyük  qələbəsi ilə nəticələndi.

 

Prezident  İlham Əliyev 10 noyabr tarixində  xalqa etdiyi   müraciəti  zamanı  bu  torpaqlarda  əsaslı  yenidənqurma işlərinin  aparılacağını  və  yaşayışın  tam  bərpa ediləcəyini  qeyd etdi.

 

Keçmiş məcburi köçkün ailələrindən olan abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır. Onların təhsil problemlərinin həlli diqqət mərkəzindədir.

 

Dövlət İmtahan Mərkəzi məcburi köçkün və qaçqın ailələrindən olan şagirdlərin və abituriyentlərin qəbul imtahanlarına hazırlığına kömək göstərilməsini həmişə diqqət mərkəzində saxlayır.

 

Hər il onlarla görüşlər təşkil olunur, peşəyönümü istiqamətli söhbətlər aparılır, onları imtahanların texnologiyası ilə tanış etmək məqsədilə pulsuz sınaq imtahanları keçirilir. Onlara dərsliklər, dərs vəsaitləri, “Abituriyent” jurnalları, həmçinin imtahanlarda istifadə olunmuş test kitabçaları hədiyyə olunur. Bütün bunlar və digər amillər məcburi köçkün və qaçqın ailəsindən olan abituriyentlərin təhsillərini davam etdirmək istəklərinə və imtahan göstəricilərinə müsbət təsir göstərir.

 

İşğal altında olan rayonlarımızın bu il ali təhsil müəssisələrinə sənəd verən 10835 məzunundan (9463 abituriyent və 1372 subbakalavr) 5551-i (5129 abituriyent və 422 subbakalavr) tələbə adı qazanıb. Məcburi köçkün olan abituriyentlərin ali təhsil müəssisələrinin nüfuzlu ixtisaslarına qəbulolma faizi də artıb.

 

AzEdu.az DİM-ə istinadən Kəlbəcər rayonunun 2019-2020-ci il üzrə qəbul göstəricilərini təqdim edir:

 

 

Kəlbəcər rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 1144 şagird bitirib və onların 1129 nəfəri buraxılış imtahanında iştirak edib.  ər müvafiq olaraq, 63.06%, 28.61% və 8.33%, xarici dil fənni üzrə isə 63.77%, 28.08% və 8.15% olmuşdur. Ümumilikdə 1131 nəfər attestat alıb. Attestat alanların 76.30%-i  (863 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib.

 

Tarix fənni üzrə göstərici respublika üzrə orta göstəricidən yuxarıdır.

 

Rayonun məzunlarının 77 nəfəri 500-dən, o cümlədən 14 nəfəri 600-dən yuxarı bal toplayıb.   Abituriyentlərin ən çoxu Gəncə Dövlət Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.

 

500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 21.29%-dir.  Qəbul imtahanlarında 93 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 1, 28, 56, və 117 saylı tam orta məktəbləri daxil olub.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları