Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-19 13:12:00
Pandemiya bitsə də, hibrid təhsil davam edəcək-VACİB

Koronavirus heç ağlımıza gəlməyəcək yeni bir yaşam tərzi formalaşdırdı. Bütün vərdişlərimiz dəyişdi, texnologiyadan daha aktiv istifadəyə başladıq. Təhsil sahəsində də vəziyyət eynidir. Təmamilə yeni təhsil modeli qarşımıza çıxdı.

Məktəblər bu il onlayn və bəzi müddətdə ənənəvi formada fəaliyyət göstərdi və hazırda proses virtual şəkildə davam etdirilir.

 

Yenilik ve Eğitim Teknologiyaları müdiri Anıl Yılmaz:

 

Məktəblərin missiyası dəyişəcək

 

“Məktəb şagirdlərə bilgi vermək yeri olmaqdan uzaqlaşır. Bunu başqa kanallardan da etmək olur. Təhsil onlayn və televiziya üzərindən həyata keçilir. Hibrid təhsil əslində budur. Buna doğru gedirik. Sadəcə pandemiya müddətiylə əlaqəli deyil. Koronavirus bitsə də, davam edəcək sistem budur.

 

Gələcəkdə təhsil öz-özünə öyrənmək şəklində olacaq.

 

Öyrənmə işi şagirdin təkbaşına edə biləcəyi hala gələcək. Yeni sistemin məqsədi zəif yerləri görüb onu tamamlayacaq şəxslər formalaşdırmaqdır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları