Azedu.az

  Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 144 namizəd uğur qazandı    

11 Noyabr 2020, 13:50
  Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 144 namizəd uğur qazandı    

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, müsahibədə 144 nəfər uğur qazanıb. Onlardan 79-u Təhsil Nazirliyində, 17-si Maliyyə Nazirliyində, 10-u Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox