https://www.zirve.edu.az/
29.10.2020 10:26
Qəlbimizin çırpıntısı – Qarabağ

 

 

Azərbaycan Dövlət İdman Akademiyasının SABAH qrupları layihəsinin modeli əsasında pilot qrupunun tələbəsi yazır

 

Qarabağ Azərbaycanın döyünən ürəyi, qəlb çırpıntısı, bir parçasıdır. 1813-cü və 1828-ci illərdə Rusiya-İran müharibəsindən sonra müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi prosesinə başlanıb. Düşünülmüş şəkildə və illərin xain planlarının nəticəsi olaraq xalqımız erməni vandallarının soyqırımlarının qurbanı olub, vəhşiliklərinə məruz qalıb, öz ata-baba torpaqlarından didərgin salınıb. Erməni vəhşiliyinin ən bariz nümunəsi 1992-ci il 26 fevral tarixində törədilmiş Xocalı faciəsi olub. Qaniçən ermənilər hamilə qadınları, qocaları, körpə uşaqları amansızlıqla qətlə yetirib, əsir götürüb, insanlığa sığmayan işgəncələrə məruz qoyublar.

 

Ölkəmiz müstəqilliyini yenidən əldə etdikdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatlara müraciət edib. BMT Təhlükəsizlik Şurası ərazilərimizin işğalı ilə əlaqədar 4 qətnamə qəbul edib, İslam Konfransı Təşkilatı qurumun dövlət və hökumət başçıları səviyyəsində keçirilən bütün görüşlərdə ölkəmizin mövqeyini dəstəkləyən və Ermənistanı işğalçı kimi tanıyan qətnamələrin müəllifi olub. Bundan əlavə, Avropa Şurası da münaqişə ilə bağlı qərar və bəyanatlar qəbul edib. ATƏT isə problemin həlli ilə əlaqədar Minsk qrupu yaradıb, müxtəlif vaxtlarda “paket”, “mərhələli” və “ümumi dövlət” layihələri irəli sürüb. Ötən illər ərzində sübut olundu ki, Minsk qrupu problemlə bağlı xüsusi fəallıq göstərməyib, ikili yanaşmaları ilə onun 30 ilə qədər uzanmasında maraqlı olub. 1994-cü ildə Bişkekdə atəşkəs elan edilib, lakin ermənilər öz mənfur siyasətindən heç vaxt əl çəkməyib, hətta yeni torpaq iddialarına da düşüblər. 2016-cı ildə düşmən tərəfi növbəti dəfə atəşkəsi pozsa da, rəşadətli Azərbaycan ordusunun güclü müqaviməti ilə layiqli cavablarını alıb. 2020-ci ilin iyun ayında qarşı tərəf yenidən atəşkəsi pozub və baş verən hərbi əməliyyatlarda Azərbaycan ordusu üstünlük əldə edib. Lakin bu döyüşlərdə Polad Həşimov kimi generalımız və digər hərbu qulluqçularımız şəhid olublar.

 

"Qarabağ Ermənistandır və nöqtə" deyən, 2020-ci lin sentyabr ayında cəbhədə növbəti təxribatlara göstəriş verən Ermənistanın baş naziri və onun silahlı qüvvələri mübariz ordumuzun layiqli cavabını alıb və almaqdadır. Bu gün şanlı ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu rayonların çoxsaylı kəndlərini, qəsəbələri, Xudafərin körpüsünü, Tərtərin kəndlərini, Suqovuşan və Murovu uşğaldan azad edib və proses davam etməkdədir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan işğalçı ölkə deyil. Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz yeni tarix yazır. Artıq işğaldan azad edilən rayonların bəzilərində yeni yolların tikintisinə başlanılıb. Ölkəmiz qısa vaxt ərzində azad edilmiş şəhər və kəndlərimizi yenidən quracaq, məcidlərimizdə azan səsi eşidiləcək. Tarixi-mədəni irsi məhv etməyə çalışan ermənilərin cəhdlərinə son qoyulacaq. Ordumuz tarixi ədaləti bərpa edəcək və bütün torpaqlarımız geri qaytarılacaq.

 

Mənfur ermənilər nə edir? Dinc əhalini bombalayır, Xocalıda tərətdiyi qanlı əməllərini davam etdirir. Minsk qrupundan isə səs çıxmır, ikili siyasət yürüdənlərin də səsləri gəlmir. Bizim işimiz haqq işidir, ədalətin zəfər çalmasıdır, beynəlxalq hüququn prinsiplərinin yerinə yetirilməsi üçün çağırışlardır, ərazü bütövlüyümüzün bərpasıdır! Türkiyə başda olmaqla, haqq işimizdə yanımızda olan dövlətlərə böyük təşəkkürlərimiz var! Təşəkkürlərimiz həm də ordumuzun işğal olunmuş ərazilərimizin azad edilməsi və həmin torpaqlarda bayrağımızın qaldırılmasına mənəvi dəstək olan, sevincimizi bölüşən hər kəsədir! Bəli, biz güclüyük, həmrəyik. Xalqımız bu haqq işində Ali Baş Komandanımızın yanındadır, onun siyasətini dəstəkləyir, inamlarını ifadə edirlər. Bu gün canlarını torpaqlarımız yolunda fəda etmiş şəhidlərimizin ruhu şaddır. Rəşadətli ordumuz düşmənə qan uddurur, onlar döyüş meydanlarını qoyub qaçırlar.

 

Azərbaycan xalqı ordusunun yanındadır, dövləti ilədir, Prezidentinə arxalanır. İnamı böyükdür. Müharibə edən ölkədə birlik şərtdir. Ali Baş Komandan öz çıxışları, xarici və yerli mediaya verdiyi müsahibələri, dolğun, tutarlı, əsaslandırılmış cavabları ilə xalqımızın daha böyük sevgisini qazanıb. Bu gün xalq dövlətin, rəhbərinin, ordusunun yanındadır. Bu birlik qalib olmaq şansı və həyacanını artırır. Xainlərin heç biri ssenarisi, o cümlədən Gəncə, Tərtər, Bərdə şəhərlərinin raketlə vurulması planları işə yaramadı, xalqın inamını, mübarizə əzmini qıra bilmədi, əksinə onları daha da birləşdirdi, həmrəy etdi!

 

Dünya isə qarşısında fərqli Azərbaycan gördü. Bir də riyakar Ermənistan. Artıq hamı hər şeyi görür. Kimin haqlı, kimin haqsız, kimin işğalçı, kimi işğala məruz qaldığını bilir. Buna dünyanı Prezidentimiz inandırdı. Tutarlı müsahibələri, fakt və dəlillərlə dolu açıqlamaları, debatlarda inandırıcı çıxışları ilə!

 

Bəli, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"

 

Pərviz Sadıqov,

Azərbaycan Dövlət İdman Akademiyasının İdman menecmenti və kommunikasiya ixtisası üzrə 2-ci kurs SABAH qrupları layihəsinin modeli əsasında pilot qrupunun tələbəsi