Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-28 16:21:00
Böyümür ölü uşaqlar - Günün şeiri

 

 

Son günlər Ermənistanın Azərbaycanın sivil sakinlərinə qarşı törətdikləri terror hücumlarının qurbanları arasında, təəssüf ki, uşaqlar da var. Ötən gün Bərdəyə atılan mərmi nəticəsində həlak olanlardan biri 8 yaşlı İsgəndərova Aysu Rövşən qızıdır. Uşaqların öldürülməsi tarix boyu ədəbiyyatdan qırmızı xəttə kimi keçib. Bu tip faciələrdən romanlar, şeirlər yazılıb. 

 

AzEdu.az böyük türk şairi Nazim Hikmətin 1956-cı ildə qələmə aldığı "Qız uşağı" şeirini təqdim edir. Şeir Xirosimanın bombalanması nəticəsində dünyasını dəyişən 7 yaşlı qıza həs olunub.

 

Mənəm qapıları döyən
Qapıları döyən bir-bir
Görünə bilmərəm daha
Ölülər gözə görünmür.

Xirosimada ölmüşəm
Keçib üstümdən on bahar
Yeddi yaşlı qızam hələ
Böyümür ölü uşaqlar.

Saçlarım alışdı əvvəl
Sonra gözlərim qovruldu
Bir ovuc külə çevrildim
Külüm havaya sovruldu

Demirəm, tutun əlimdən
Gedək mənə nəsə alaq.
Noğul belə yeyə bilmir.
Kağız kimi yanan uşaq.

Döyürəm ki, qapıları
Əmilər imza versinlər;
Öldürülməsin uşaqlar.
Noğul da yeyə bilsinlər.

(kulis.az)