Azedu.az

Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə həsr olunan elmi seminar başa çatdı    

24 Oktyabr 2020, 17:19
Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə həsr olunan elmi seminar başa çatdı    

 

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəli təhlilinə həsr olunan elmi seminar başa çatıb.

 

Universitetdən AzEdu.az-a verilən əlumata görə, oktyabrın 16-dan başlanan seminarda hər iki ölkənin makroiqtisadi, eləcə də enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdəki inkişaf göstəriciləri müqayisəli təhlil edilib. Həmçinin Azərbaycan və Ermənistanın iqtisadi inkişafının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunub.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox