Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 16:14:00
UNEC professoru Azərbaycanın hərbi - siyasi vəziyyətini şərh edib

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin bugünkü hərbi üstünlüyü, ilk növbədə, respublikamızın böyük iqtisadi potensialı və dövlətimizin idarəetmə siyasəti, o cümlədən iqtisadi idarəetmə siyasəti ilə bağlıdır.

 

AzEdu.az xəbər verir ki,  bunu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktor müavini, professor Elşad Məmmədov bildirib.

 

Professor qeyd edib ki, Azərbaycanın son illərdəki iqtisadi inkişafı hərbi sənaye kompleksinin inkişafına şərait yaradıb. Azərbaycan bu münaqişədə haqlı tərəfdir və faktiki olaraq tarixi torpaqlarına qayıdır. Dövlətimiz bu qayıdışı beynəlxalq hüquq normalarına tam uyğun şəkildə reallaşdırır. Ermənistanın hərbi müttəfiqləri açıq şəkildə bildirirlər ki, Azərbaycan mübarizəsini öz ərazisində aparır.

 

“Biz öz torpaqlarımızın işğaldan azad edilməsində israrlıyıq. Azərbaycan öz haqq işində qələbə çalmalıdır. Ermənistan tərəfinin sentyabrın 27-dən başladığı növbəti təcavüzə cavab olaraq Azərbaycan Ordusu əks-hücumu əməliyyatı keçirərək torpaqlarımızı düşmənin işğalından azad etməkdədir. Bu müharibə iqtisadi cəhətdən də düşmən tərəfə sarsıdıcı zərbədir. Çünki Ermənistanın iqtisadiyyatında çox ciddi problemlər mövcuddur. Ermənistanın iqtisadi potensialı Azərbaycanın iqtisadi potensialı ilə müqayisə olunacaq dərəcədə deyil. Ermənistanın büdcəsi Azərbaycanın büdcəsindən təqribən dörd dəfəyə yaxın azdır. Eyni zamanda, Ermənistanın borclarının ümumi daxili məhsula nisbəti olduqca kritik rəqəmə yaxınlaşır və müharibə şəraitində, şübhəsiz ki, bu, bir qədər də dərinləşə bilər. Bütün bunları nəzərə alaraq demək olar ki, bugünkü Ermənistan hökuməti öz xalqının ən böyük düşmənidir. Ermənistanın hərbi təcavüzünə qarşı Azərbaycanın haqq mübarizəsi qətiyyətlə davam edir. Ölkəmiz bu mübarizədən qalibiyyətlə çıxacaq”, - deyə E.Məmmədov bildirib.