Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-22 16:05:00
Rayon təhsil şöbələrinin rəhbərləri AzEdu.az-a danışdılar – Bölgə məktəblərində koronavirus…

 

 

Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dərslər həm əyani, həm də distant formada tədris edilir.

 

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə uyğunlaşdırılmış tədris planları əsasında təşkil edilir.

 

21 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanıb. 

 

Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. 

 

 Maraqlıdır digər bölgələrdə vəziyyət necədir? Rayon Təhsil Şöbələrinin rəhbərləri məktəbləri nəzarətdə saxlamaq- koronavirusun pandemiyasının sürətlə  yayılmasına mane olmaq üçün  nə kimi işlər görürlər?

 

 

“Biləsuvar Rayon Təhsil Şöbəsi əməkdaşlarından ibarət Operativ Qərargah yaradılıb. Bütün məktəblərdə monitorinqlər keçirilir. Özüm səhər tezdən  məktəblərə baş çəkirəm. Monitorinq isə bir gün ərzində 6-7 məktəbi əhatə edir. Məktəbə daxil olan hər kəsin temperaturu ölçülür və qeyd olunur.

 

Şagirdlər sosial məsafə gözlənilməklə məktəbə buraxılır. Kimdəsə temperatur yüksək çıxarsa, dərhal məktəb növbətçisi tərəfindən maska ilə təmin olunur və poliklinikaya aparılır. Əgər bu hal şagirdlərdə yaşanırsa, əvvəlcə valideyninə məlumat verilir”.

 

Bu fikiləri AzEdu.az-a açıqlamasında Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov deyib. O, şagirdlərinin dərsə davamiyyətinin qənaətbəxş olduğunu bildirdi:

 

“Rayon ərazisində COVİD-19-a yoluxan şəxslərin ailəsində şagird varsa, bildiririk ki, onları məktəbə göndərməsinlər.

 

Biləsuvar rayonu üzrə şagirdlərin dərsə davamiyyəti normaldır. Lakin valideyn övladını məktəbə göndərmək istəmirsə, iltizam imzalayıb təqdim edir. Bütün məktəblər Təhsil Nazirliyi tərəfindən verilən lazımi tibbi vasitələrlə  təmin olunub. Göndərilən məhlullarla məktəblər hər gün dezinfeksiya edilir”.

 

“Tədris ili başlanandan bu günədək  İmişli rayonunda məktəblilər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Lakin 37.2, 37.3 qızdırma halı müşahidə edilən şagirdlər dərhal xəstəxanaya çatdırılıb, testin cavabı neqativ olduqdan sonra dərslərə yenidən qatılıblar”.

 

Bunu İmişli RTŞ rəhbəri Ələmdar Quliyev bildirib. O, şagirdlərin dərsə davamiyyətinin yüksək faizini xüsusi olaraq vurğuladı:

 

“Əksər siniflərdə şagirdlərin 95%-i dərslərə qatılır. Valideynlər də övladlarınının məktəbə gəlməsinə maraq göstərirlər. Dərsə qatıla bilməyən şagirdlər isə distant təhsilə cəlb olunublar”.

 

“Rayon təhsil şöbəsi tərəfindən monitorinq şöbəsi yaradılıb. Hər gün məktəbə neçə şagirdin daxil olduğu və sağlıq vəziyyəti, temperaturu haqda qeydlər aparılır və RTŞ-nə bildirilir. Biz də bu məlumatları Təhsil Nazirliyinə təqdim edirik. Bir-iki dəfə şagirdlərin yüksək temperaturu ilə bağlı narahatlıq yaranıb. Testin cavabından sonra isə koronavirusla əlaqəli olmadığı aşkarlanıb”.

 

 AzEdu.az xəbər verir ki, bu fikirləri İsmayıllı RTŞ-nin müdiri Rövşən Əliyev AzEdu.az-a açıqlamasında qeyd edib. O, qızdırma halının olmadığı təqdirdə risk yaranmayacağı qənaətindədir:

 

“Şagirdlərlə yanaşı, müəllimlərin epidemioloji qaydalara riayət etməsi-maska və sipərlərdən ixtifadəsi yoxlanılır. Temperaturu yüksək olan şəxsi məktəbə buraxmadıqdan sonra heç bir risk halı olmur. Bu şəkildə davam etsə, oktyabrın 1-dən yuxarı siniflərdə də ənənəvi dərslərə başlanacaq. Məktəblərdə Təhsil Nazirliyi tərəfindən verilən  təlimatlara riayət etmək lazımdır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları