Azedu.az

Azərbaycan alimi beynəlxalq konfransın texniki proqram komitəsinin üzvü seçilib

Elmi institut və təşkilatlar

5 Sentyabr 2020, 16:31
Azərbaycan alimi beynəlxalq konfransın texniki proqram komitəsinin üzvü seçilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) dəstəyi ilə keçiriləcək “İnkişaf etməkdə olan texnologiyalar 2020” (ICET 2020) beynəlxalq konfransının texniki proqram komitəsinin üzvü seçilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, oktyabrın 28-29-da Pakistanın Mühəndislik və Texnologiya Universiteti tərəfindən təşkil olunacaq konfrans müxtəlif ölkələrdən olan alim və tədqiqatçıların elmi nəticələrini, eləcə də inkişaf etməkdə olan texnologiyalar sahəsində son tendensiyaları təqdim etməyi nəzərdə tutur.

 

Beynəlxalq tədbir Pakistanın Taksila şəhərində təşkil olunacaq. Konfransda süni intellekt, maşın təlimi, əşyaların interneti, bulud hesablamaları, kibertəhlükəsizlik, proqram mühəndisliyi, “ağıllı” şəbəkələr və digər mövzularda müzakirələr aparılacaq

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox