Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-02 17:24:00
Riyaziyyat fənni üzrə MİQ rekordçusu: “4 ildir ki, özəl kurslarda çalışıram”  

 

 

14  avqustdan  müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

 

Sentyabrın 2-si riyaziyyat müəllimliyinə namizədlər MİQ-in test imtahanı mərhələsində  iştirak edib. Ən yüksək nəticəni namizəd  Günel Kərimova əldə edib -60 bal.

O, MİQ müsabiqəsinin test mərhələsində maksimum bal(60) toplayaraq  vakant yer seçimində iştirak etmək hüququ əldə edib.

 

 AzEdu.az gənc rekordçu müəllim namizədin imtahanla bağlı təəssüratlarını təqdim edir:

 

 

“2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin Riyaziyyat fakültəsini, 2015-ci ildə isə BDU-nun  magistratura səviyyəsini Kompüter elmləri ixtisası üzrə bitirmişəm.

 

6 illik  pedaqoji təcrübəm var. Son 4 ildir ki, məktəbdə deyil, özəl kurslarda işləyirəm. Evimə yaxın olduğu üçün  Nizami rayonu ərazisindəki məktəblərin birində çalışmaq istəyirəm. Diaqnostik Qiymətləndirmədə və MİQ müsabiqəsində əvvəlki illərdə iştirak etmişəm. Hətta diaqnostik qiymətləndirmədə 60 bal toplamışdım. MİQ-də 2 il əvvəlki iştirakımda 56 bal topladım”.

 

Günel Kərimova MİQ müsabiqəsindəki əsas yeniliklərdən olan 10 dəqiqəlik əlavə vaxtdan istifadə etmədiyini bildirdi:

 

“MİQ müsabiqəsindəki builki yeniliklər müəllimlər üçün çox vacib idi. Təbii ki, 60 bal topladığım üçün səhvim yoxuydu deyə, əlavə vaxta ehtiyacım qalmadı. Mənim ixtisasım riyaziyyat üzrə olduğu üçün məntiqdən olan suallarda çətinlik yaşamırdım. Sualların səviyyəsi normal idi”.

 

 Gənc müəllimliyə namizəd MİQ-də iştirak edəcək müdavimlərə bir sıra tövsiyələr də edib:

 

“MİQ üçün çox çalışmaq, əzmli olmaq lazımdır. Bunları edib müsabiqədən 60 bal toplamaq mümkündür. Kurikulum üzrə hazırlığı "Zəfər" kurslarında keçdim,  ixtisas fənnindən özüm evdə hazırlaşdım. Yüksək nəticə əldə edəcəyimə inanırdım”.

 

Müəllim olaraq gələcək fəaliyyətində  diqqət edəcəyi məqamları da açıqladı:

 

“Çalışacam ki, tədris prosesində yeni metodlardan istifadə edim. Müasir dövrün tələblərinə uyğunlaşmaq vacibdir”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları