Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-29 09:27:00
Bu tarixdə  “Təhsildə Yeni Çağırışlar” Beynəlxalq Forum keçiriləcək

1 sentyabrda “Təhsildə Yeni Çağırışlar” Beynəlxalq Forum keçiriləcək.

 

AzEdu.az-ın məlumatına görə, bu haqda Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov feybuk hesabından paylaşım edib.

 

TAM (Teaching Advancement Matrix) təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ile keçiriləcək forum ölkəmiz üçün xüsusi əhəmiyyət kəsib edir. Forumda PISA-nın direktoru Andreas Schleicherin çıxış etməsi də forumun əhəmiyyətini təsdiqləyir. Forumun bütün natiqlərinə-Təhsil Nazirinin müşaviri Elnur Nəsibova, dünyada ilin ən yaxşı müəllimi seçilən Andria Zafirakouya, Şimali Kiprin ikinci prezidenti və sabiq təhsil naziri Mehmet Ali Talata, xalq yazıçısı Çingiz Abdullayevə, Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədova, Honkonqdakı ESF Sha Tin Junior məktəbinin direktoru Rehana Shanksa, UNICEF Azərbaycan Nümayəndəliyinin Təhsil proqramlarının rəhbəri Leyla Həsənova, TAM jurnalının baş redaktoru Arzu Soltana, Türkiyənin Yenilikçi Məktəblər Şəbəkəsinin yaradıcısı Kayhan Karlıya və eləcə də forumun moderatorları ADPU-nun prorektoru Eldar Aslanov və təhsilin idarə olunması üzrə mütəxəssis Salih Sarptenə uğurlar arzulayıram.

 

Təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan forumda yeni dövrün təhsil tələblərini və təhsildə keyfiyyətin yüksəldilməsi yollarını müzakirə edəcəyik.

 

Forumun Təşkilat komitəsinin sədri Cəfər Mənsimini və əməyi keçən hər kəsi indidən təbrik edirəm.