Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-20 12:16:00
Avstraliyada təqaüdlə təhsil almaq istəyənlər üçün ƏLA FÜRSƏT

Avstraliyanın Murdoch Universiteti növbəti tədris ilində təqaüdlə təhsil almaq istəyən beynəlxalq tələbələr üçün sənəd qəbuluna start verib.

 

AzEdu.az  xəbər verir ki, COVİD-19 pandemiyası dövründən sonra Avstraliya dünya miqyasında tələbələrə ali təhsil üçün qapılarını  açıb.

 

Bu universitet dünyanın hər yerindən gələn beynəlxalq tələbələr üçün istənilən sahə üzrə hər il müxtəlif maliyyələşdirmə təşkilatlarının, eyni zamanda Avstraliya Hökümət Təqaüdləri və universitet təqaüdləri çərçivəsində beynəlxalq, tamamilə maliyyələşdirilən təqaüd proqramları təklif edir.

  

Hazırda Avstraliya federal hökuməti yerli və xarici tələbələr üçün “Murdoch Universiteti Tədqiqat Proqramı Təqaüdləri 2020-2021” çərçivəsində tamamilə maliyyələşdirilmiş təqaüd proqramına start verib.

 

“Murdoch Universiteti Avstraliya Təqaüdü 2021” yerli və xarici tələbələr üçün əla dəstək paketləri təqdim edir.

 

Müvəffəqiyyət qazanan bütün  tələbələr magistr və doktorluq dərəcələri üçün aşağıda göstərilən üstünlükləri əldə edəcəklər:

 

1.Bir illik yaşayış üçün  müavinət  27,082 Avstraliya dolları,  yəni 30,000 ABŞ dolları qədərdir.

 

Təqaüdlərin müddəti

 

• magistr dərəcəsi-2 il

• doktorluq dərəcəsi-3 il

 

Sənəd qəbulu üçün son tarix  30 sentyabr 2020-ci ildir.

 

Ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı linkə daxil ola bilərsiz:

https://scholarships365.info/murdoch-university-australia-research-training-program-stipend-scholarship